“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqası barədə fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin ua.tribuna.com saytına müsahində çempionatın maraqlı və gözlənilməz olduğunu bildirib:
“Çempionat çox maraqlıdır. Yüksək liqada 12 komanda üç dövrədə mübarizə aparır. Püşk elə atılır ki, bəzi rəqiblərlə üç oyundan ikisini evdə, bəzən isə ikisini səfərdə keçirə bilərsən. Bu baxımdan maraqlı sistemdir.
Çempionat gözlənilməzdir. Turnir cədvəlinin aşağı pillələrində yer alan komandalardan nə gözləyəcəyini bilmirsən.
Məsələn, “Qarabağ” “Kəpəz” kimi komandalarla matçlarda çempionluq baxımından vacib xallar itirib.
Azərbaycanda kifayət qədər güclü klublar var – “Neftçi”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Araz-Naxçıvan”. Sadaladığım bu altı komanda daim yüksək yerlər uğrunda mübarizə aparır”.

