“Neftçi”də 1 il oynadı, 17-ci klubu D Seriyasının iştirakçısı oldu

02:10 Neftçi 91
“Neftçi”də 1 il oynadı, 17-ci klubu D Seriyasının iştirakçısı oldu

“Neftçi”nin sabiq legioneri Tallison Dias növbəti dəfə komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı oyunçu yenə də ölkəsi Braziliyada qalıb.

Mövsümün ilk yarısını “Porto Vitoriya”da keçirən sol cinah müdafiəçisi öz mövqeyinin ən yaxşısı seçilib.

Tallison Braziliya D Seriyasının digər iştirakçısı ABC ilə müqavilə imzalayıb. Onunla sözləşmə mövsümün sonuna qədər bağlanıb.

Maraqlıdır ki, Tallison bununla karyerasında 17-ci dəfə klubunu dəyişib. O, 2020-2021 mövsümündə ölkəmizdə “Neftçi”nin formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!