“Neftçi”nin baş məşqçisi: "Komandanın vəziyyəti yaxşıdır"

01:00 Neftçi 132
“Neftçi”nin baş məşqçisi: "Komandanın vəziyyəti yaxşıdır"

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Serbiyadan “Radniçki Niş” ilə yoxlama oyunundan (3:0) sonra klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis bəzi futbolçuları fərqli mövqedə sınaqdan keçirdiyini bildirib:

“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq, taktiki gedişlərin üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda, qələbə qazanmaq xoşdur.

Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik. Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər.

Bəzi futbolçuları fərqli mövqelərdə də yoxladıq. Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik.

Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq.

Bir-iki günlük istirahətdən sonra isə artıq Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdır”.

"Neftçi" ilk iki yoxlama matçında "Partizan"a (Serbiya) 0:1, ÇFR-ə (Rumıniya) isə 1:2 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!