“Neftçi” yoxlama görüşündə serbləri darmadağın etdi

00:30 Neftçi 115
“Neftçi” yoxlama görüşündə serbləri darmadağın etdi

“Neftçi” Sloveniya təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu Serbiyanın “Radniçki Niş” komandası ilə qarşılaşıb.

“Ağ-qaralar” bu oyunda 3:0 hesabı ilə qalib gəlib. Beltinçi stadionunda baş tutan görüşdə qollara Breno Almeyda (2-ci və 26-cı dəqiqlərə) və Ağadadaş Salyanski (82-ci dəqiqə) imza atıblar.

İyulun 2-də “ÇFR Kluj” (1:2), 6-da isə “Partizan”la (0:1) qarşılaşmış “ağ-qaralar” ayın 13-də “Osiyek” (Xorvatiya) ilə üz-üzə gələcək. Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan komanda iyulun 14-də toplanışı başa vuraraq Bakıya qayıdacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!