“Neftçi”dən hücumçusu haqda AÇIQLAMA: ”Onun gedişi mənim üçün sürpriz oldu”

14:40 Neftçi 341
“Neftçi”dən hücumçusu haqda AÇIQLAMA: ”Onun gedişi mənim üçün sürpriz oldu”

Daha bir azərbaycanlı futbolçu ölkə xaricinə yollanıb.

"Neftçi"nin gənc futbolçusu Elnur Abdullayev Albaniyada oynayacaq.

2008-ci il təvəllüdlü hücumçu aşağı liqada oynayan "Besa" ilə anlaşıb. Abdullayev qarşıdakı 1 ili Albaniyada keçirəcək.

"Neftçi" futbol akademiyasının koordinatoru Sənan Qurbanov onunla bağlı Sporttinfo.az-a açıqlama verib.

Təcrübəli funksioer adıçəktlən gəncin perspektiv vəd etdiyini bildirib:

"Elnur taran tipli hücumçudur. Yaxşı qol vurmaq bacarığı var.

İnişil U-17 Liqasında 40-dan çox qol vurub. Onun Albaniyaya gedişi mənim üçün sürpriz oldu.

Mən başqa seçim edəcəyini gözləyirdim. "Besa" ilə müqavilə bağlayıbsa, ona uğurlar arzulamaq lazımdır.

Hərəkətli oyunçudur, düzgün zərbə mövqeyi seçməyi bacarır. Qol hissiyatı güclüdür, bir az da topla işləməyi öyrənsə, daha yaxşı yerlərə gedə bilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti