SON DƏQİQƏ – “Neftçi”nin qapıçısı “Şamaxı”da!

10:44 Neftçi 478
SON DƏQİQƏ – “Neftçi”nin qapıçısı “Şamaxı”da!

Transfer çalışmalarına ara verməyən “Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.

Əsas diqqəti azərbaycanlı futbolçulara ayıran bölgə təmsilçisinin növbəti hədəfi də yerli bazardan olub.

Sportinfo.az xəbər verir ki, “şirlər” “Neftçi”nin qapıçısı ilə anlaşıb.

“Ağ-qaralar”ın yetirməsi Nicat Qaragözlü bundan sonra “Şamaxı”nın qapısını qoruyacaq.

2006 doğumlu futbolçu ilə yeni klubu arasında 2 illik müqavilə imzalanıb.

Nicat ötən mövsümü “Neftçi-2”nin heyətində keçirsə də, mütəmadi olaraq əsas komandanın məşqlərində iştirak edib.

Lakin burada Kenan Piriç, Emil Balayev və Rza Cəfərov kimi milli təcrübəsi olanlar yer aldığından, gənc kiper iş yerini dəyişmək məcburiyyətində qalıb.

Bölgə təmsilçisi yay fasiləsində heyətini Emil Süleymanov, Hacıəli Şirəliyev, Okan Təhməzli, Ceyhun Bağırzadə, Sənan Muradlı, Emin Rüstəmov, Uğur Cahangirovla genişləndirib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti