“Neftçi” icazə verdi - Vernidub istəmir, özünə komandaya axtara bilərsən

14:40 Neftçi 304
“Neftçi” icazə verdi - Vernidub istəmir, özünə komandaya axtara bilərsən

«Neftçi» rəhbərliyi Alessio Kurçini Yuri Vernidubun onunla bağlı mövqeyi ilə tanış edib.

Lüksemburqlu hücumunun diqqətinə çatdırılıb ki, o, baş məşqçinin növbəti mövsümiə aid planlarında əsas yer tutmur.

Ukraynalı çalışdırıcı ön xəttə yeni legioner gətirmək gətirməyi düşünür, odur ki, özünə başqa komanda tapması məsləhətdir.

Kurçiyə icazə verilib ki, indidən bu məsələylə məşğul olsun, menecerlərlə görüşüb danışsın.

Əgər hansısa yerdən normal təklif gələrsə, «ağ-qaralar» heç də böyük olmayan təzminat qarşılığında bu keçidin reallaşmasına şərait yaradacaq.

"Neftçi” 2025-ci ilin iyulunda 24 yaşlı forvardla 3 illik müqavilə bağlayıb.

Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, ölkəsinin millisinin heyətində 15 oyun keçirib, 1 qol vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti