“Neftçi” hücumçusunu icarəyə verir, ancaq… Bu pulu ona vermirlər

15:00 Neftçi 306
“Neftçi” hücumçusunu icarəyə verir, ancaq… Bu pulu ona vermirlər

«Neftçi» Ağadadaş Salyanskiyə komanda tapmaqda çətinlik çəkir.

Bakılılar yetirməsi olan hücumçunu icarəyə verməyə çox həvəslidir, di gəl, normal müştəri tapmaq hələlik mümkün olmayıb.

Bunun da səbəbi onlardan qaynaqlanmır. İş ondadır ki, 22 yaşlı forvardın əməkhaqqısı yüksəkdir. «Ağ-qoralar» gəncə 7000 manata yaxın maaş ödəyir.

«Şamaxı», «Kəpəz» və «Şəfa» Ağadadaşı həmin vəsaitə layiq saymır. Göstərilən rəqəmdən iki dəfə aşağı məvacib vermək istəyirlər.

Gənclər yığmasının sabiq üzvü də bu variantların heç birini yaxın buraxmağa maraq göstərmir. Çünki onu karyera və oyun təcrübəsi qazanmaq az maraqlandırır.

Salyanski daha çox pulu fikirləşir. Bildiyi halda ki, Yuri Vernidubun gələn mövsümlə bağlı planlarının künc-bucağında da yer almır.

Ötən ilin dekabrından «Neftçi»ni çalışdıran mütəxəssis yerli cavanı əsas heyətdə görmür. Ukraynalı sükançı klub rəsmiləri vasitəsilə ona bu fikrini çatdırıb.

Vernidubu narazı salan əsas məqam Ağadadaşın öz üzərində lazımı qədər işləməməsi, əlinə və ayağına gələn şanslardan pis yararlanmasıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti