Freddi Varqasdan "Neftçi"yə qayıtmaq üçün BÖYÜK JEST!

5 İyul 22:55 Neftçi 368
Freddi Varqasdan "Neftçi"yə qayıtmaq üçün BÖYÜK JEST!

"Neftçi" Freddi Varqas məsələsində hələ də istəyinə çata bilmir.

"Makkabi"nin yüksək təzminat tələbi "ağ qaralar"ı çətin duruma salıb.

Amma danışıqlar bitməyib, davam edir.

Belə məqamda venesuelalı legioner təmsilçimizə jest edib.

27 yaşlı yarımmüdafiəçi "ağ qaralar"ın rəsmiləri ilə son danışığında geri qayıtmaq istəyini bildirib.

Hətta bunun üçün bir illik maaşının 150 min manatından keçməyə belə hazır olduğunu əlavə edib.

Venesuelalı legioner ötən yay icarə əsasında "Neftçi"yə qoşulub.

27 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada meydana çıxdığı 30 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti