“Neftçi”nin baş məşqçisi ona təklif olunan şəxslə çalışmaq istəmədi - İmtinanın səbəbi

11 Yanvar 14:00 Neftçi 4 416
“Neftçi”nin baş məşqçisi ona təklif olunan şəxslə çalışmaq istəmədi - İmtinanın səbəbi

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub klub rəsmilərinin təklifini qəbul etməyib.

Ukraynalı çalışdırıcı Cavid Hüseynovu öz korpusunda görmək istəməyib.

O, bir müddət «Turan Tovuz»da Kurban Berdiyevin köməkçisi işləmiş və son olaraq «Səbail»i çalışdırmış gənc mütəxəssisin xidmətinə ehtiyac duymadığını bildirib.

59 yaşlı sükançı söyləyib ki, xidməti ona təklif edilən Hüseynovla bağlı müxtəlif mənbələrdən məlumat toplayıb və aldığı informasiyalar heç də birmənalı deyil.

Vernidub onun «Şamaxı» və «Səbail»də yaşadığı uğursuzluqlara diqqət çəkib, bu halın «Neftçi»də də təkrarlanmasından ehtiyatlandığına işarə vurub.

Ötən ilin dekabrın 9-da «ağ-qaralar»ın başına keçmiş sabiq «Şerif»li başqa bir yerli məşqçi ilə işləmək istədiyini vurğulayıb, namizədlərdən ibarət siyahının hazırlanmasını tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"