COP29

"Neftçi"da yanlışın gətirdiyi daha BÖYÜK SƏHV

13 Avqust 21:00 Neftçi 1 821
"Neftçi"da yanlışın gətirdiyi daha BÖYÜK SƏHV

Premyer Liqanın 2-ci turunun "Səbail" - "Neftçi" matçının final fitindən sonra gərgin anlara şahid olduq.

Mövsümə iki bərabərliklə start verən "ağ qaralar"ın tərəfdarları futbolçuları olduqları tribunanın önünə çağırıb bunun hesabatını aparmaq qərarına gəldilər.

Kapitan Emin Mahmudov və Yuri Matiasla azarkeşlər arasında olan məşvərət uzanınca Elvin Koffi paltardəyişmə otağına getməyə qərar verdi.

Amma bir neçə addım atmış tərəfdarlar kapitanla müzakirəni unudub Koffini geri qayıtmağa dəvət etdilər. Hətta futbolçuya yad əşya da atıldı.

Əcnəbi futbolçu isə əsəblərinə hakim olmayaraq atılan əşyanı tribunaya tərəf qaytardı.

Ara qarışdı, məzhəb itdi. Hətta futbolçunu vurmaq üçün meydançaya azarkeş belə endi.

Və bir gün sonra klub rəsmi açıqlama verdi ki, futbolçu əməlindən peşman olaraq üzr istəyib.

Qaşı tərəfin üzrü qəbul etməsilə məsələ qapanıb.

Bəli, Koffi çox kobud qələt edərək azarkeş qrupunun olduğu tribunaya nəsə atıb. İllərdi futbolda olan biri kimi yaxşı anlamalıdır ki, tribunanın yazılmamış qanunlarında belə addım çox pis qəbul edilir. Əbəs deyil ki, mühafizəçilər ayıq-sayıq tərpənməsəydi buna görə legioner hətta ciddi xəsarət ala bilərdi.

Koffini bu yanlışa aparan isə azarkeşlərin atdığı səhv addım oldu.

Hələ cəmi 2 tur arxada qalıb.

Qriqorçuk isə heç 2 ay deyil bu komandanın başına keçib.

Bu tezlikdə hansı hesabatdan söhbət gedə bilər?

Ən azı 1-ci dövrənin başa çatmasını səbrlə gözləmək lazımdır. Ən azı...

Və ya hesabat üçün bütün komandanı tribunaya çağırmaq nəyə gərəkdir?

Kapitanın gəlməsi də yetərli sayıla bilərdi.

Nə etirazınız varsa, Mahmudova deyin, o da kollektivə real mənzərəni çatdırmış olsun.

Daha "Neftçi" boyda ailəni milyon insanın qarşısında bu hala salmaq yanlış idi.

Yanlış isə daha böyük yanlışa qapı açmış oldu.

Başverənlər nə "Neftçi"nin adına, nə futbolçusuna, nə də onun azarkeşinə yaraşmadı!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!