“Neftçi”nin futbolçusu “Qarabağ”ı çempion görmür – İddia edir ki…

21 Mart 2023 15:00 Neftçi 2 905
“Neftçi”nin futbolçusu “Qarabağ”ı çempion görmür – İddia edir ki…

"Meydana hər oyunda qələbə qazanmaq üçün çıxırıq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin yarımmüdafiəçisi Eddi İsrafilov deyib.

“Qarabağ”ın cari mövsüm Premyer Liqada növbəti çempionluğu bayram edəcəyinə şübhə yoxdur. İkinci yer uğrunda mübarizə “Neftçi” ilə “Sabah” arasında gedir.

Görəsən, İsrafilov gümüş medal uğrunda rəqabətdə önə çıxacaqlarına ümidini itirməyib ki? Cavabı eşidək:

“İndidən hansısa komandanı çempion, yaxud ikinci yerin sahibi qismində görmürəm. Mübarizəni sona qədər davam etdirəcəyik.

Kimin hansı pillədə yer alacağını çempionatın sonu göstərəcək. Mövsümün başa çatmasına çox qalıb.

Qarşıdakı həftələrdə kifayət qədər maraqlı hadisələr qeydə alına bilər. Hər şeyə hazır olmalıyıq“.

Digər Xəbərlər
Xəbər Lenti