Hamı bu xəbəri oxusun! - “Neftçi” üçün CİDDİ TƏHLÜKƏ

11 Avqust 2022 21:00 Neftçi 1 332
Hamı bu xəbəri oxusun! - “Neftçi” üçün CİDDİ TƏHLÜKƏ

Avropa Konfrans Liqasındakı yeganə təmsilçimiz olan “Neftçi” bu axşam Avstriyada meydana çıxacaq.

Rəqib ölkəsinin ən köklü klubu “Rapid”dir.

Avqustun 4-də Bakıda baş tutan ilk oyunda “ağ-qaralar” rəqibini 2:1 hesabı ilə məğlub edərək cavab matçı öncəsi üstünlük qazanıb.

Lakin söhbət “Neftçi”dən və səfər oyunundan gedirsə, həyəcanlanmamaq mümkün deyil.

Düzdür, bakılılar son 3 ildə səfər qarşılaşmalarında azarkeşlərini sevindirməyi bacarıb. 2019-cu ildə “Sperantsa” və “Arsenal”la (Tula) oyunlar zamanı “Neftçi” Bakıya qələbə ilə qayıtmışdı. Ötən yay Tbilisidə “Dinamo” üzərindəki qalibiyyət də unudulmayıb.

Lakin o vaxtdan bu yana vəziyyət ürəkaçan deyil.

“Ağ-qaralar” sonuncu səfər qələbəsini 2021-ci ilin 7 iyulunda, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Dinamo” üzərində əldə edib – 2:1.

“Neftçi” həmin tarixdən bu yana avrokuboklarda 4 səfər görüşə çıxıb ki, bütün hallarda məğlub olub. Yenilgilərdən 2-si böyük hesablı olub.

Ən dəhşətlisi isə təmsilçimizin 4 oyunun heç birində rəqib qapısına yol tapa bilməməsi və öz qapısından 10 cavabsız top keçirməsidir.

“Rapid”lə oyundan əvvəl ölkə çempionatının son gümüş medalçısının son səfər qarşılaşmalarına nəzər yetirək:

“Olimpiakos” (Yunanıstan) – “Neftçi” 1:0

HİK (Finlandiya) – “Neftçi” 3:0

“Makkabi Hayfa” (İsrail) – “Neftçi” 4:0

“Aris Limassol” (Kipr) – “Neftçi” 2:0

Mənzərə həqiqətən acınacaqlıdır. Ümid edək ki, “Neftçi” bu axşam Vyanada keçiriləcək oyunda uğursuz sindroma son qoyacaq. Ən pis halda heç-heçə ilə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti