“İçki içir, özü bilər” – “Sportinfo”ya danışdı, “Neftçi”nin baş məşqçisinin...

1 İyul 2022 20:40 Neftçi 1 835
“İçki içir, özü bilər” – “Sportinfo”ya danışdı, “Neftçi”nin baş məşqçisinin...

“İndiyə qədər Laurentsiu Regekampfın rəhbərliyi altında oynamasam da, onu yaxşı tanıyıram, iş metoduna bələdəm”.

Vaxtilə Azərbaycanda oynamış rumıniyalı futbolçu Adrian Pits Sportinfo.az-a açıqlamasında “Neftçi”yə baş məşqçi təyin olunmuş həmyerlisi haqda danışıb.

Rumıniya mətbuatına göz gəzdirəndə Rege haqda çoxsaylı məlumatlara rast gəlmək mümkündür. Gecə həyatına meyilli olması, içki aludəçiliyi, qadınları əlcək kimi dəyişməsi...

Maraqlıdır, ölkəsində onun haqqında nə danışırlar? 2011-2014-cü illər aralığında “Xəzər Lənkəran”ın formasını geyinmiş Pits 46 yaşlı məşqçi haqda hansı düşüncədədir?:

“Regenin çalışdırdığı komandaların oyunlarını izləmişəm. Necə işlədiyini, futbolçulara necə yanaşdığını bilirəm.

Olduqca ciddi və tələbkar məşqçidir. Xoşuma gələn ən yaxşı cəhəti rəhbərlik etdiyi komandalara hücum futbolu oynatmasıdır.

Oyun fəlsəfəsi və qazandığı nəticələrlə azarkeşlərin könlünə yol tapmağı bacarır. Fikrimcə, “Neftçi” rəhbərliyi Regeni cəlb etməkdə doğru qərar verib.

Haqqında yazılanlara gəlincə, hər insanın şəxsi həyatı var. Kiminlə ailə qurur, işdən sonra harada dincəlir, nə vaxt içki içir – bu, fərdin özünə aid məsələdir.

Məncə, məşqçidən və futbolçudan futbola görə nəticə tıələb etmək lazımdır. Kənarda nə edir, özü bilər”.

Regekampf məşqçilik karyerasında “Styaua” ilə 2 dəfə Rumıniya çempionu olub, liqa kubokunu, ölkə kubokunu və superkuboku qazanıb.

Birləşmiş Ərəb Əmirliklərində “Əl-Vəhdə” ilə ölkə çempionluğunu əldə edib, superkubok sevinci yaşayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"