"Neftçi" ilə sövdələşdi, başqa klubu çalışdırmalı oldu

21 İyun 2022 14:20 Neftçi 1 832
"Neftçi" ilə sövdələşdi, başqa klubu çalışdırmalı oldu

"Neftçi"nin baş məşqçisi postuna əsas namizəd olan Yuri Vernidub Ukraynada "Krivbass"ın sükanı arxasına keçib.

Sportinfo.az xəbər verir ki, o, Krivoy Roq təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

56 yaşlı baş məşqçi ordu sıralarında da xidmətini davam etdirəcək.

Vernidubun yeni klubu rəsmiləşdi

"Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə Yuri Vernidub hərbi xidmətin növbəti dövrünü keçmək üçün Krivoy Roq şəhərinə - "Krivbas"ın yerləşdiyi yerə göndərilib.

Bu, ona və köməkçilərinə əmək qanunvericiliyinə riayət etməklə, asudə vaxtlarında idmançıların yarışlara hazırlanmasında kömək edəcək", - klubun açıqlamasında bildirilib.

"Neftçi" Yuri Vernidubla razılıq əldə etmişdi. Lakin ukraynlı mütəxəssis ölkəsini tərk edə bilmədiyi üçün təyinat gerçəkləşməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!