Öncə "Neftçi"nin baş məşqçisi olmağa razılaşdı, son anda imtina etdi

21 İyun 2022 13:00 Neftçi 3 647
Öncə "Neftçi"nin baş məşqçisi olmağa razılaşdı, son anda imtina etdi

«Cəbrayıl»ın prezidenti və baş məşqçisi Cavid Hüseynov fikrini dəyişib.

Yenri yaratdığı komanda ilə Region Liqasının son mövsümünün çempionu olan gənc mütəxəssis «Neftçi»də çalışmaqdan son anda imtina edib.

1 il əvvəl futbolçu karyerasını bitirən sabiq yarımmüdafiəçi «ağ-qaralar»ın 19 yaşlılardan ibarət komandasının sükanı arxasına keçməli idi. Hər halda tərəflər arasında belə bir görüş və razılaşma olmuşdu.

Görünür, Hüseynov Gənclər Liqasında özünü göstərməyin onun üçün effektik olmayacağını düşünüb.

Digər tərəfdən, klubun futbol akademiyasının baş koordinatoru Elşad Əhmədov bu təyinata qarşı çıxıb, rəhbərliyə onunla məsləhətləşmədən belə bir addım atdıqları üçün öz narazılığını bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!