Yeni mövsümün hazırlıqlarına baş məşqçisiz start verən «Neftçi» daha 3 legioneri nə qovuşub.
Serbiyalı müdafiəçi Vojislav Stankoviçlə broaziliyalı vingerdən sonra Yusuf Laval, İvan Brkıç və Mamadu Mbodj düşərgəyə qayıdıb.
Onlar Rəşad Abdullayev və Anar Vəliyevin rəhbərliyi altında keçirilən son məşqdə iştirak ediblər.
Digər əcnəbilər? Bakılılar onlardan Tiaqo Bezerra ilə Ramon Maçadoya təyyarə bileti sifariş etməyib.
Hər iki braziliyalı hücumçunun müqavilə müddəti bitib və onların bura dönüb-dönməməsi yeni baş məşqçinin qərarından asılıdır.
SPORTİNFO.AZ

