“Neftçi” Premyer Liqaya qayıdan kluba jest etdi

20 İyun 2022 21:20 Neftçi 3 243
“Neftçi” Premyer Liqaya qayıdan kluba jest etdi

"Turan Tovuz" Premyer Liqa hazırlıqlarına başlayıb. Hazırda Tovuz şəhər stadionunda ot örtüyü yeniləndiyindən,

komanda təlim-məşq toplanışının ilk iki mərhələsini Bakıda həyata keçirəcək.

Ayxan Abbasovun rəhbərliyi altında dünəndən etibarən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə 5 günlük seleksiya xarakterli ilk mərhələ start götürüb.

Qərb təmsilçisinin düşdüyü vəziyyəti nəzərə alan “Neftçi” jest edib.

Paytaxt təmsilçisi ona məxsus bazaya möhtac qalan “Turan”dan “yer pulu” istəməyib. Bu da hardasa 1000 manat təşkil eləyir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!