Baş məşqçi postu boş qalan "Neftçi" Konfrans Liqasının hazırlığına çalışdırıcısız start verib.
Məşqlərə qoşulan futbolçular arasında yeni ad da var.
Bu, son mövsümü "Şamaxı"da keçirən, amma "Neftçi"yə məxsus olan Rəhman Hacıyevdir.
Ancaq bu, hələ də o anlama gəlmir ki, 28 yaşlı yarımmüdafiəçi yeni mövsümü məxsus olduğu komandada keçirəcək.
Bunun üçün yeni təyin olunacaq baş məşqçinin Hacıyevin qalmasına "hə" deməsi lazımdır.
Əks halda yəqin ki, yarımmüdafiəçi yenidən icarəyə veriləcək.
"Neftçi"nin Rəhmanla olan müqaviləsinin müddəti 2024-ci ilin yayına kimidir.
Onun son mövsüm "Şamaxı"nın heyətində 27 oyunda 6 qol və 5 asistlə yadda qaldığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ

