“Neftçi” öz yetirməsi ilə bağlı qərarın verdi – QALIR, YA GEDİR?

20 İyun 2022 19:40 Neftçi 1 990
“Neftçi” öz yetirməsi ilə bağlı qərarın verdi – QALIR, YA GEDİR?

Son mövsümü icarə əsasında “Şamaxı”da keçirən, amma “Neftçi”yə məxsus olan Fəhmin Muradbəyli ilə bağlı duruma aydınlıq gəlib.

Belə ki, cinah yarımmüdafiəçisi yeni mövsümü “ağ qaralar”ın heyətində keçirməyəcək.

Bir neçə klubun maraq dairəsində olan 26 yaşlı futbolçunun yenidən icarəyə verilməsi planlaşdırılır.

“Neftçi”nin yetirməsi olan oyunçu ilə hazırkı müqavilə növbəti mövsümün sonuna kimidir.

Fəhmin başa çatan sezonun ilk yarısını məxsus olduğu klubda keçirmiş və meydana çıxdığı 4 görüşdə 2 qol vurmağı bacarmışdı.

Qışdan sonra icarəyə verildiyiyi “Şamaxı”da isə oynadığı 7 matçda 1 asistlə yadda qalmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!