"Neftçi” futbolçularının Almaniyada başına gələn MARAQLI HADİSƏ

20 İyun 2022 16:00 Neftçi 1 769
"Neftçi” futbolçularının Almaniyada başına gələn MARAQLI HADİSƏ

“Almaniyada başımıza gələn maraqlı əhvalatı illər keçsə də unuda bilmirəm. Hərdən yadıma düşür, qəhqəhə çəkib gülürəm”.

Vaxtilə “Neftçi” azarkeşlərinin sevimli futbolçularından olmuş Bahodir Nasimov Sportinfo.az-a açıqlamasında ölkəmizdə top qovduğu dönəmdə başına gələn gülməli hadisəni danışıb.

Komanda Avstriyada yay toplanışında olarkən “ağ-qaralar”ın 4 futbolçusu maşın kirayələmək qərarına gəlib. Avtomobillə yola çıxıblar və polis xidməti avtomobillə onları saxlayıb.

Gerisini özbəkistanlı hücumçunun dilindən eşidək:

“Avstriya toplanışı zamanı istirahət günündən istifadə edib, maşın kirayələyərək Almaniyaya – Münhenə getmişdik. 4 nəfər idik, mən, Mirhüseyn Seyidov, Tərlan Quliyev və Emin Mehtiyev.

Yolda sakit getdiyimiz yerdə polis bizi saxlamışdı. Hardasa qayda pozuntusuna yol verdiyimizi düşünüb pis vəziyyətə düşmüşdük. Polis saxlayıb, bizdən heç kim sürücülük vəsiqəsini vermək istəmir ki, birdən problem olar.

Açarı Mirhüseynə verirəm, o, üstümə atır. Yenidən üstünə atıram, mənə qaytarır (gülür). Polis də çaşıb qalıb ki, bunlar niyə belə edir. Yaxşı ki, polis ingilis dilində bilirdi.

Danışdıq və məlum oldu ki, bunlar yol polisi yox, şübhəli vətəndaşların sənədləri yoxlayan asayiş keşikçiləridir. Dedi, pasportları təqdim edim, görüm, kimsiniz, hara gedirsiniz. Bir-bir yoxladı, futbolçu olduğumu bilib sağollaşdılar.

İndi bizi saxlamaq olar? Maşına minmişik, gülməkdən dayana bilmirik. Bir neçə gün həmin hadisəni yadımıza salıb əylənmişdik”.

Bahodir Nasimov “Neftçi”nin formasını geyindiyi 2010-2014-cü illər aralığında meydana çıxdığı 103 oyunda rəqib qapılarına 41 dəfə yol tapıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!