Yeni baş məşqçi təyinaıını açıqlamağa hazırlaşan «Neftçi» daha bir xəbərlə azarkeşlərini sevindirmək niyyətindədir.
Bu barədə Sportinfo.az-a paytaxt klubundan məlumat verilib.
Redaksiyamıza daxil olan informasiyaya görə, hazırda tanınmış hücumçulardan biri ilə danışıqlar başa çatmaq üzrədir. Avropa klublarının birində çıxış edən forvard yaxın günlərdə Bakıya gəlməlidir.
Onun «ağ-qaralar»la müqavilə imzalaması elə şəhərimizi bəyənib-bəyənməməsindən asılıdır. Çünki tərəflər müqavilə şərtlərində razılığa gəlib, qalıb bir bu məsələ.
Saytımıza bildirilib ki, bu transferin reallaşması üçün büdcədən 400 min dollara yaxın vəsait ayrılıb. Hücumçunun adının gizli saxlanılması isə azarkeşlərə sürpriz etmək məqsədi daşıyır.

