Yeni baş məşqçi "Neftçi"də bu futbolçuları görmək istəmir

19 İyun 2022 17:00 Neftçi 3 842
Yeni baş məşqçi "Neftçi"də bu futbolçuları görmək istəmir

Ötən mövsüm «Neftçi»nin formasını geyinən legionerlərin bir neçəsi tezliklə klubdan ayrılacaq.

Sportinfo.az-a bu barədə məlumat paytaxt təmsilçisindən daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, əcnəbi futbolçulardan Vojislav Stankoviç məşqlərdə iştirak edir. Pato da bu gün düşərgədə olacaq.

Digərləri isə qarşıdakı günlərdə Azərbaycana gələcək. Onlardan bəzisi müqaviləni qarşılıqlı razılaşma əsasında pozmaq üçün bura qayıdacaq.

Ad çəkilməsə də, bildirilib ki, yeni baş məşqçinin iyunun 21-də ölkəmizə səfəri nəzərdə tutulub.

Samir Abasovun əvəzləyicisi komanlanın ötən mövsüm keçirdiyi bütün oyunları incələyib və xidmətində maraqlı olmadığı futbolçuların adlarını təqdim eləyib, burada isə legionerlər üstünlük təşkil edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!