«Neftçi» yeni baş məşqçisinin adını iyunun 21-də açıqlayacaq.
Bu barədə klubun idman direktoru Zaur Əzizov futbolçulara bildirib.
Məşqlərə başlayan komanda üzvləri ilə görüşən funksioner Samir Abasovu əvəzləyəcək mütəxəssislər arasında hərtərəfli araşdırma apardıqlarını, çətinliklə də olsa, seçim etdiklərini söyləyib.
Paytaxt təmsilçisinin bir nömrəli şəxsi deyib ki, yeni sükançıdan gözləntilər böyükdür və onun uğuru olacağına əmindir.
SPORTİNFO,AZ

