Yeni baş məşqçi axtarışına son verməyən «Neftçi», nəhayət, məşqlərə başlayıb.
Üç gün öncə yavaş-yavaş bazaya yığışan və tibbi müayinədən keçən futbolçular yeni mövsümün ilk hazırlıq prosesində iştirak edib.
Amma heç də hamısı yox. Düşərgədə yalnız 8-10 oyunçu yer alıb. Legionerlərdən yalnız serbiyalı müdafiəçi Vojilas Stankoviç buradadır. Braziliyalı yarımmüdafiəçi Pato isə bu gün onlara qoşulacaq.
Samir Abasovla yeni müqavilə imzalamayan bakılılar məşq prosesini müvəqqəti olaraq Rəşad Abdullayevə tapşırıb.
Yenicə əvəzedici heyətin sükanı arxasına keçən gənc çalışdırıcı daha 2-3 gün əsas komandaya rəhbərlik edəcək.
SPORTİNFO.AZ

