"Neftçi" ispaniyalı ilə danışıqlar aparır – Gəl, direktor ol!

18 İyun 2022 14:40 Neftçi 6 730
"Neftçi" ispaniyalı ilə danışıqlar aparır – Gəl, direktor ol!

"Neftçi"nin akademiyasına əcnəbi texniki direktor gətiriləcək.

Klubun Müşahidə Şurasının qərarına əsasən, ayın sonunadək təyinat gerçəkləşəcək.

Paytaxt təmsilçisinin bu vəzifədə görmək istədiyi funksioner ispaniyalıdır. Hazırda onunla müqavilənin müddəti və görəcəyi işlərin miqyası ilə bağlı danışıqların son hissəsi başlayıb.

Alternativ variant kimi türkiyəli və portuqaliyalı mütəxəssislərin nəzərdə saxlanılmasını da diqqətinizə çatdıraq.

Hazırda «Neftçi»də akademiyaya Elşad Əhmədov rəhbərlik edir. Baş koordinator kimi bütün səlahiyyətlər ona verilib. Gəl ki, işə yanaşması ilə həm rəhbərliyi, həm də kurasiyasındakı məşqçiləri özündən narazı salıb.

Cavid Hüseynovun U-19-un baş məşqçi postuna gətirilməsi ona xoş olmayıb və bu barədə fikrini idarəçilərə bildirib.

Akademiya ilə əlaqəli bütün qərarların öncədən onunla razılaşdırılmalı olduğunu deyən Əhmədovun yeni dirktoru gələndən sonra daha aşağı vəzifələrdən birinə keçirilməsi gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!