"Onun "Neftçi"nin baş məşqçi postuna ən real namizəd olması barədə saytınızda gedən xəbəri Ertuğrul Sağlamın özünə yolladım, "xeyirli və uğurlu olsun" yazdım".
Bu sözləri Sportinfo.az-a açıqlamasında türkiyəli məşqçi Gerçek Yeşilata deyib.
O, uzun illər köməkçisi olduğu Ertuğrul Sağlama Bakı klubu haqda sual ünvanladığını bildirib:
"Mesajımı oxudu və mənə gülüş işarəsi yolladı. Başqa heç bir söz yazmadı.
Ümumiyyətlə, Ertuğrul hoca bir qədər ehtiyatlı insandır. Görəcəyi iş və verəcəyi qərar tamam olmamış, rəsmiləşməmiş o haqda heç ailə üzvlərinə nəsə söyləməz".

