Türk azarkeşlər erməni diasporu lideri ilə qardaşlıq edən namizəd haqda
"Neftçi"yə keçməsi gündəmə gələn Ertuğrul Sağlam haqda sosial şəbəkələrdə türkiyəli azarkeşlər öz fikirlərini bildirir.
Qardaş ölkənin futbol tərəfdarları bu transferin uğursuz olacağını bəri başdan xüsusi vurğulayırlar.
12 il öncə gözlənilmədən "Bursaspor"a Türkiyə çempionluğu qazandıran Sağlam nə bundan əvvəl, nə də sonra məşqçi kimi heç bir uğur qazanmayıb. Uğursuzluqlarını isə sadalamaqla bitəsi deyil.
Türkiyəli azarkeşlər "Neftçi"yə keçmiş olsun", "Heç bir yerdə qalıb işləyə bilmir, "Bursaspor"un çempionluğunun çörəyini yeyirdi, o da bitti, tez düştü", "Olmaz bu adamdan, Bursa bir şansdı sadəcə", "Bu adam türk futbol tarixinə adını uğursuz bir məşqçi kimi yazdırdı" tipli şərhlər yazıblar.
Ertuğrul Sağlamın "Neftçi"yə gözlənilən təyinatı haqda azərbaycanlı azarkeşlər də müsbət fikirdə deyil.
Məsələ burasındadır ki, baş məşqçi kimi uğursuzluqları bir yana, türkiyəli mütəxəssis həm də erməni diasporunun Argentinadakı lideri, Türkiyəyə bu ölkədən və Uruqvaydan legionerlərin gətirilməsinə vasitəçilik edən Norayr Nakislə yaxın münasibətdədi.
O cümlədən, Ertuğrul Sağlamın dövründə "Bursaspor"a keçən Pablo Batalyanın transferindən aldığı komissiya pulunun bir qismini erməni diasporuna köçürdüyü haqda xəbərlər Türkiyə mediasında yer alıb.
Anar Şabanoğlu
https://www.facebook.com/Sportsaz-100196022726148

