"Neftçi"nin baş məşqçisi olmağa ən real namizəd nə tələb edir?

17 İyun 2022 19:00 Neftçi 3 407
"Neftçi"nin baş məşqçisi olmağa ən real namizəd nə tələb edir?

"Neftçi"nin yeni baş məşqçisinin Ertuğrul Sağlam olacağı ilə bağlı bu gün mətbuatda növbəti xəbər yayılıb.

AFFA və SOCAR-a yaxınlığı ilə bilinən media orqanları komandanın türkiyəli mütəxəssisə tapşırıldığını iddia edib.

Bildirilib ki, 53 yaşlı baş məşqçi ilə danışıqlar müsbət yekunlaşıb və o, paytaxt təmsilçisinin sükanı arxasına keçməyə razılıq verib. xəbərdə vurğulanıb ki, Sağlam tezliklə Bakıya gələrək, rəsmi müqaviləyə imza atacaq.

Dünən “Traktor”dan ayırlan mütəxəssis bu vəzifədə ötən mövsümün sonunda müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək.

Ertuğrul Sağlam ölkəsində "Samsunspor", "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Eskişehirspor" və "Yeni Malatyaspor"un da baş məşqçisi olub.

2009/2010 mövsümündə Bursa təmsilçisi ilə Türkiyə Super Liqasında çempionluq sevinci də yaşayıb.

“Neftçi”dəki mənbələrdən redaksiyamıza daxil olan yeni məlumata görə, Sağlamın namizədliyi gündəmdədir və tərəflər arasında intensiv danışıqlar gedir.

Bildirilib ki, hələ hansısa anlaşmadan söhbət getmir, çünki razılaşdırılması gərəkən bəzi məqamlar var.

Bunlardan biri də müqavilənin müddəti və transfer siyasəti ilə bağlıdır. Türkiyəli mütəxəssis komandaya cəlb olunacaq futbolçuların yalnız özü tərəfindən müəyyənləşdirilməsini istəyib.

Digər tərəfdən, 3 illik kontrakt tələb edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!