Hazırda «Neftçi»nin baş məşqçi postuna konkret olaraq 3 namizəd var.
Sportinfo.az bu barədə məlumatı paytaxt klubundan əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, Samir Abasovu əvəzləməyə şanslılar Yuri Vernidub, Viktor Qonçarenko və Ertuğrul Sağlamdır.
Bildirilib ki, daha bir neçə xarici mütəxəssis öz xidmətini kluba təklif edib.
Adları çəkilən çalışdırıcılarla bağlı hazırlanmış raport müzakirə olunması üçün AFFA və SOCAR-a təqdim edilib. Böyük ehtimalla, klubun Müşahidə Şurası gələn həftənin ilk yarısında bu məqsədlə toplanacaq.
Məsələnin uzanması onunla əlaqələndirilib ki, federasiya və neft şirkəti üzərində dayanılacaq baş məşqçinin kimliyi barədə hələ yekdil fikrə gəlməyib.

