"Neftçi"də bu xəbərə ÇOX SEVİNDİLƏR - "Baksel arena"da qurban kəsəcəm"

17 İyun 2022 22:20 Neftçi 2 765
"Neftçi"də bu xəbərə ÇOX SEVİNDİLƏR - "Baksel arena"da qurban kəsəcəm"

"Neftçi" tarixinin ən uğurlu prezidenti birmənalı olaraq Sadıq Sadıqov olub. Komanda onun dövründə çempionluqlar yaşayıb, kuboklar qazanıb və ən vacib məsələ olan Avropa arenasında tarix yazıb. Azərbaycan tarixində ilk dəfə avrokuboklarda qrup sevinci yaşayan "Neftçi"nin prezidenti məhz Sadıqov olub.

Bu gün isə komanda ağır günlərini yaşayır deyə bilərik. Uzun illərdi avrokuboklarda sanballı nəticə yoxdur. Yalnız ötən mövsüm komanda çempion olmağı bacardı, amma bu il titulunu qoruya bilməyərək mövsümü boşa verdi.

İndi isə yeni avrokubok matçına sayılı günlər qalmış "ağ qaralar"da məşqçi təyinatı gecikir. Məşqçi olmadığına görə nə aktiv transfer əməliyyatları gedir, nə kollektiv bir araya gəlib hazırlıq keçə bilir. Bu ayın 15-i məşqlərə start verməli olan komandaya "hələ gözləyin" tapşırığı verilib.

Belə qarmaqarışıq günlərdə "Neftçi" azarkeşlərini sevindirən iddia yayılıb. Ki, sabiq başqan Sadıq Sadıqov yenidən prezidentlik postuna qayıdır. Hələ ciddi əsası olmayan xəbər fanatlar arasında böyük sevinclə qarşılanıb. Demək olar hər kəs "gəlsin" mesajı verib. Bunu sosial şəbəkələrdə yazılan çox sayda şərhlərdən görməmək mümkün deyil:

"Qayıtsın, "Baksel arena"nın önündə qurban kəsərəm".

"Əla, Tərlan Əhmədovu da gətirər".

"Sadıq Sadıqov və Tahir Süleymanov kimi adlar "Neftçi"nin qızıl tarixi, "Neftçi"nin yüksəlişi, "Neftçi"nin dirilişi, "Neftçi"nin böyüklüyü "Neftçi"nin aftoritetliyi deməkdir!!!".

"Ay SOCAR-da oturan və "Neftçi"ni yönəldən insanlar "Neftçi"yə Sadıq Sadıqov və Tahir Süleymanovu qaytarın. Bunu bütün azərkeşlər tələb edir!!!".

"Gəlsə, çox super olar".

"Nə olubsa Sadıq Sadıqovun vaxtında olub".

"Neftçi"nin 85 illik tarixində ən gözəl dövrünü Sadıq müəllimin vaxtında olub".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!