Tanınmış məşqçi “Neftçi” ilə danışıqlar aparmaq üçün Bakıya gəlibmi?

17 İyun 2022 13:00 Neftçi 1 447
Tanınmış məşqçi “Neftçi” ilə danışıqlar aparmaq üçün Bakıya gəlibmi?

Adı “Neftçi” ilə hallanan Ərtoğrul Sağlamın Azərbaycana səfər etməsi haqda sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Sportinfo.az-a paytaxt klubundan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, türkiyəli baş məşqçi Bakıya gəlməsi və funksionerlərlə birgə klubun bazasında olması, müqavilə şərtlərini müzakirə etməsi barədə informasiyalar, sadəcə, şayiədir.

Açıqlamada o da qeyd olunub ki, Sağlam komandanın sükanı arxasına keçməyə namizədlərdən biridir, lakin tərəflər arasında konkret danışıqlar hələ keçirilməyib.

O, dünən “Traktor”dakı postundan ayrılıb. Bu barədə 52 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.

Sağlam Cənubi Azərbaycan klubunun rəhbərliyi ilə növbəti mövsüm üçün danışıqlarda razılığa gələ bilmədiklərini vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!