Samir Abasovu baş məşqçi postundan göndərib yerinə kimisə tapa bilməyən “Neftçi” rəhbərliyi komandanın hazırlıq planına “əl gəzdirib”.
Belə ki, dünəndən bazaya yığışmağa başlayan futbolçular məşqlərə bir neçə gün sonra start verməli olacaq.
“Ağ-qaralar” 3 gün ərzində tibbi baxışdan keçəcək.
Bəs bu müddətdə yeni çalışdırıcı özünü Azərbaycana yetirə bilməsə?
Bakılılar oyunçuların İqor Getman və Vadar Nuriyevin rəhbərliyi altında məşqlərə başlamasına şərait yaradacaq.
SPORTİNFO.AZ

