TƏCİLİ! “Neftçi” yeni baş məşqçisinin adını… BU DA SON DƏQİQƏ XƏBƏRİ!

16 İyun 2022 17:00 Neftçi 4 358
TƏCİLİ! “Neftçi” yeni baş məşqçisinin adını… BU DA SON DƏQİQƏ XƏBƏRİ!

“Neftçi”nin yeni baş məşqçisinin adı gələn həftə açıqlanacaq.

Bu haqda Sportinfo.az-a klubdan məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, danışıqlar aparılan mütəxəssislərin heç biri ilə razılıq əldə edilməyib. Odur ki, Müşahidə Şurasının toplantısı növbəti dəfə ertələnib.

Samir Abasovla müqaviləni uzatmayan “ağ-qaralar” hazırda yalnız əcnəbi çalışdırıcılarla görüşlər keçirir.

Saytımıza daxil olan xəbərdə bir daha vurğulanıb ki, komandanın yerli məşqçilərdən kiməsə tapşırılması planlaşdırılmır.

Klub başbilənləri yaranmış qeyri-müəyyənliklə bağlı SOCAR və AFFA-nı məlumatlandırıb. Yeni təyinatın gecikməsinin səbəbləri həmin hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, yubanma əsasən büdcə ilə əlaqəli deyil.

Namizədlərdən Ertuğrul Sağlam indiki şərtlərlə bura gəlməyə razılaşsa da, komandanı çempion edəcəyinə zəmanət vermir.

Viktor Qonçarenko kluba ayrılan vəsaitin artırılmasını tələb edibsə, Yuri Vernidubun Ukrayna ərazisini tərk eləməsi yalnız dövlət sayəsində aparılacaq danışıqlardan sonra mümkündür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!