"Neftçi"ni təriflədi: “Hücumçular, müdafiəçi və yarımmüdafiəçi almaq istəyirik"

16 İyun 2022 17:40 Neftçi 1 263
"Neftçi"ni təriflədi: “Hücumçular, müdafiəçi və yarımmüdafiəçi almaq istəyirik"

"Belə bir komanda ilə üz-üzə gəlmək görünməmiş hissdir.

Rəqib bir neçə titulu olan çox çətin komandadır".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Aris"in (Kipr) prezidenti Lisandros Lisandrou püşkü dəyərləndirərkən deyib.

Funksioner sonadək mübarizə aparacaqlarını bildirib: "Məqsədimiz növbəti mərhələyə çıxmaqdır".

Afanasiu "ağ-qaralar"la oyunadək bir neçə futbolçu transfer edəcəklərini söyləyib:

"Heyətin komplektləşdirilməsi bitməyib. Bir neçə oyunçunun yolunu gözləyirik. Komandamızdan gedənlər oldu. Hücumçular, müdafiəçi və yarımmüdafiəçi almaq istəyirik".

Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!