“Sportinfo”nun əməkdaşı adı “Neftçi" ilə hallanan baş məşqçiyə mesaj yazdı və… FOTO

16 İyun 2022 16:00 Neftçi 2 267
“Sportinfo”nun əməkdaşı adı “Neftçi" ilə hallanan baş məşqçiyə mesaj yazdı və… FOTO

"Neftçi"nin baş məşqçi postuna namizəd olara göstərilən Ertuğrul Sağlam "Traktor"dan ayrılıb.

Türkiyəli mütəxəssis tvitter hesabında paylaşdığı açıqlama ilə Təbriz təmsilçisinə vida edib:

"Buraya gəldiyimiz ilk gündən yanımızda olan, dəstəkləri ilə bizə güc verən "Traktor" azarkeşlərinə vida zamanının gəldiyini kədərlənərək bildirmək istəyirəm.

Klub rəhbərliyi ilə növbəti mövsümlə bağlı apardığımız müzakirələr uğurlu nəticələnməmişdir.

Ümidlərin tükəndiyi, qarışıqlıq və xaosun yaşandığı klub tarixinin ən çətin dönəmində aldığımız bayrağı bizə güvənənləri utandırmadan təhvil verməyin xoşbəxtliyini yaşadığımızı bir daha ifadə etməliyəm.

Bütün "Traktor" ailəsinə gələcəklə bağlı uğurlar arzulayarkən, irəlidə yaşana biləcək hər hansı pis və sıxıntılı günlərdə yenə dəstəyimi əsirgəməyəcəyimi də vurğulamaq istəyirəm. Hamınıza xoşbəxt, rahat və uğurlu günlər diləyirəm".

Mətbuatda yayılan məlumatlara görə, Sağlam "Neftçi" ilə danışıqlar aparmaq üçün Bakıya gəlib. Iddia edilir ki, o, klub rəhbərliyi ilə görüşüb, infrastrukturla tanış olub.

Sağlamı “ağ-qaralar”ın sükanı arxasında görmək istəyən fiqur Zaur Qəhrəmanovdur.

“Neftçi”nin Müşahidə Şurasının üzvü olan “SOCAR Türkiye”nin icraçı direktorunun onunla təkbətək görüş keçirməsi haqda xəbərlər var. Gələn məlumatlar arasında digər ölkələrdən olan namizədlərlə də danışıqların getməsi qeyd edilir.

Sportinfo.az-ın əməkdaşı Ertuğrul Sağlamın özü ilə əlaqə saxlamağa cəhd göstərib. Gəl ki, o, telefon zənglərinə,,yazılan mesajlara cavab verməyib.

Resim

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!