FİFA “Esperansa”ya transfer qadağası qoyub.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildilib ki, buna səbəb Tunis klubunun “Neftçi”yə olan borcunu ödəməməsidir. Belə ki, Bakı təmsilçisindən Sabir Buqrini heyətinə qatan “Esperansa” bu transfer üçün nəzərdə tutulan məbləği verməyib.
Nəticədə klub qadağa ilə üzləşib. Onlar Azərbaycan təmsilçisinə olan 830 min manat borcunu ödədikdən sonra bu qadağa aradan qaldırıla bilər.

