Samir Abasovla mövsümün sonu yolları ayıran "Neftçi"də baş məşqçi postu hələ də boşdur.
Amma klub rəhbərliyi yeni transferlərlə bağlı danışıqları davam etdirir.
Sonuncu danışıqlar aparılan futbolçulardan biri "Zirə"dən ayrılan Davit Volkov olub.
Belə ki, "ağ qaralar"ın rəhbərliyi gürcüstanlı hücumçunun transferində maraqlı olub.
Ancaq əcnəbi hücumçu son anda "Sabah"a keçməyə qərar verib.
Bundan maliyyə məsələsi ilə bərabər "Neftçi"də davam edən qeyri-müəyyənlik də öz sözünü deyib.
O, hələ baş məşqçinin kimliyi bilinməyən yerə getməyin riskli olması qənaətinə gəlib.
"Sabah"dan gələn yaxşı təklif varkən, yeni təyinatı gözləməyi məqsədə uyğyn saymayıb.
Gürcüstan millisinə də çağrılan 27 yaşlı futbolçu arxada qalan mövsüm vurduğu 11 qol "Zirə"nin ən sərrast futbolçusu olmuşdu.
XANOĞLAN / SPORTİNFO.AZ

