"Neftçi"dən Turan Vəlizadəni birillik icarəyə götürən "Turan Tovuz" paytaxt klubunun daha bir futbolçusuna elçi düşüb.
Premyer Liqaya qayıdış mövsümündə "qapazaltı" olmaq istəməyən qərb təmsilçisi bu dəfə Xəyal Nəcəfovun üzərində dayanıb.
Tovuz komandası bakılıların ötən ilin yayında "Sumqayıt"dan 180 min manata transfer etdiyi, amma xidmətindən az yararlandığı yarımmüdafiəçini icarəyə götürmək məqsədilə hərəkətə keçib.
"Ağ-qaralar" Ayxan Abbasova "Sumqayıt"dan yaxşı tanış olan orta sahə oyunçusu ilə bağlı qərarını hələ verməyib.
SPORTİNFO.AZ

