“Qarabağ” haqda bunu deyən “Neftçi”nin ən bahalı transferidir – ŞOK AÇIQLAMA!

15 İyun 2022 21:00 Neftçi 2 947
“Qarabağ” haqda bunu deyən “Neftçi”nin ən bahalı transferidir – ŞOK AÇIQLAMA!

“Böyük əksəriyyət belə düşünür.və mənə də elə gəlir ki, “Qarabağ”ın səviyyəsi Azərbaycan hüdudlarını aşıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Tiaqo Bezerra deyib.

Başa çatan mövsümdə Premyer Liqada adını 10 dəfə tabloya yazdırmış brazliyalı forvard maraqlı etiraf edib.

Bakılıların 350 min dollara sıralarına qatdığı “sambaçı” Ağdam təmsilçisinin Azərbaycanda hamıdan güclü olduğunu bildirib:

“Mən “Qarabağ”ı bu il canlı gördüm və çox bəyəndim. Əvvəlki mövsümlərdə necə olub, bilmirəm.

Amma bu çempionatda sanki “Qarabağ”ı başqa liqadan gətirib Azərbaycan çempionatına salmışdılar.

28 oyunda cəmi 1 dəfə məğlub olmaq... Bu, nədirsə, başqa şeydir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!