"Neftçi" hər an BU XƏBƏRİ açıqlaya bilər – Yerlilər gözünü çəksin

15 İyun 2022 14:40 Neftçi 4 345
"Neftçi" hər an BU XƏBƏRİ açıqlaya bilər – Yerlilər gözünü çəksin

Dünən «Neftçi»nin Müşahidə Şurasının toplantısı keçirilməli idi.

Şura üzvlərinin gün ərzində bir araya gəlməsi nəzərdə tutulsa da, son anda məlum oldu ki, yığıncaq növbəti dəfə təxirə salınıb.

Yeni baş məşqçinin kimliyinə aydınlıq gətirməli olan müzakirələrin ertələnməsi bir səbəblə əlaqədardır - danışıqlar aparılan əcnəbi məşqçilərin heç biri ilə razılığın əldə olunmaması.

Klubun idman direktoru Zaur Əzizov hazırda bu məsələ ilə əlaqədar ölkə xaricindədir və Viktor Qonçarenko da daxil olmaqla, bir neçə namizədlə görüşlər keçirir.

Paytaxt təmsilçisindən redaksiyamıza verilən məlumata görə, baş məşqçi postunda Samir Abasovu əvəzləyəcək şəxsin adı bu gün də müəyyənləşə bilər, qarşıdakı 3 gün ərzində də.

Bildirib ki, komanda heç bir halda yerli çalışdırıcıya tapşırılmayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!