"Neftçi"da anarxiya nə vaxta kimi davam edəcək? - "Ağ qaralar"ı qara günə qoyanlar

15 İyun 2022 17:20 Neftçi 1 585
"Neftçi"da anarxiya nə vaxta kimi davam edəcək? - "Ağ qaralar"ı qara günə qoyanlar

Mövsümü titulsuz başa vuran "Neftçi"də baş məşqçi Samir Abasovla yollar ayrıldı.

Buna Müşahidə Şurasının 8 iyun tarixində baş tutan iclasında qərar verildi.

Qərardan sonra futbol ictimaiyyətində, komandanın sevimli tərəfdarları arasında bir canlanma hiss olundu. İddialar səsləndi ki, büdəcə artırılacaq və hədəflər böyüyəcək.

Hətta boş qalan baş məşqçi kürsüsünə əcnəbi mütəxəssis gətiriləcəyi və yekun qərarın 14 iyunda veriləcəyi elan olundu.

Əksəriyyətdi sevindi və düşdündü ki, əzəmətli "Neftçi" geri qayıdır. Axı bundan təkcə komanda yox, həm də Premyer Liqa və milli komanda qazanmış olacaq. Ki, rəqabət artmış olacaqdı.

Amma sən saydığını say, gör, futboldan uzaq "Neftçi" rəhbərliyi nə sayır. Ümumiyyətlə, sayırmı?

Bu gün artıq ayın 15-di, amma baş məşqçi məsələsi açıq olaraq qalır.

Zaman "ağ qaraların" ziyanına işləməyə davam edir.

Bu gün Konfrans Liqasında rəqibini tanıyan komanda avrokuboklar üçün hazırlığa start verəcək, amma baş məşqçi yoxdur.

"Gördüm" deyən də yoxdur. Ancaq namizədlərin təbliğatı gedir.

"Ağ qaralar"ı qara günə qoyanlardan biri deyir çalışdırıcı türk olsun, digəri xorvatiyalı, bir başqası da Roman Qriqarçukdan möhkəm yapışıb.

Bildiyin komandada anarxiya yaşanır. Bəs nə vaxt kimi? Elə ən böyük anarxiya da bu sual ətrafındadır...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!