Mövsümü gümüş medalla başa vuran "Neftçi" növbəti ayrılığın astanasındadır.
Belə ki, qapıçı Kamran İbrahimovun ardınca rəhbərlik indi də seneqallı legioner Mamadu Mbocla yolların ayrılamasına qərar verib.
Amma bu heç də asan başa gəlməyəcək. Çünki müqaviləsi gələn yaya kimi olan futbolçu ilə dil tapmaq mütləqdir.
29 yaşlı oyunçu 2019-cu ildən "ağ qaralar"ın heyətində çıxış edir.
O, arxada qalan müddətdə "Neftçi" forması ilə 80 matçda meydana çıxıb və 9 qol, 2 asistlə yadda qalmağı bacarıb.
XANOĞLAN / SPORTİNFO.AZ

