«Neftçi»nin yeni baş məşqçisinin adı bu gün, uzağı, sabah açıqlanacaq.
Bu barədə paytaxt klubundan Sportinfo.az-a daxil olan son dəqiqə məlumatında bildirilir.
Redaksiyamıza verilən informasiyaya görə, Yuri Vernidub və Viktor Qonçarenkonun namizədliyi arxa plana keçib.
Belaruslu ilə büdcə mövzusunda ortaq məxrəcə gəlmək mümkün olmayıbsa, ukraynalı Rusiya ilə müharibə səbəbindən ölkə ərazisini tərk edə bilmir. Roman Qriqorçukun gəlişinə isə AFFA müsbət yanaşmır.
Bəli, səhv başa düşmədiz – AFFA! Federasiya yenə də klubun daxili işlərinə qarışır, baş məşqçi seçimində fikrinin nəzərə alınmasını istəyir.
Bir qədər də dəqiqləşdirsək, proses Elxan Məmmədovun diqqəti altındadır.
Mayda AFFA-nın icraçı vitse-prezidenti postunu FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktorluğuna dəyişən E.Məmmədov «Qəbələ»nin sabiq çalışdırıcısının «Neftçi»də işə başlamasına qarşıdır.
Samir Abasovdan boşalan sükana isə daha 2 namizəd var – biri türkiyəli, digər xorvatiyalı. Bakılılar indi məhz bui kili arasında qalıb.
Klubun Müşahidə Şurasının üzvü, «SOCAR Türkiye»nin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov türk məşqçinin gəlişinə razıdırsa, AFFA xorvatiyalının üzərində dayanıb.

