«Neftçi» sabah bir araya gələcək.
Komanda Konfrans Liqasının hazırlığına Bakda start verəcək.
«Ağ-qaralar» müqaviləsi davam edən bütün futbolçularına düşərgəyə gəlmək tapşırığı verib. Ötənilki heyətdən yalnız braziliyalı hücumçular – Tmaqo Bezerra ilə Huqo Maçado bu siyahıya daxil deyil.
Hər iki legionerə bildirilib ki, onlarla yeni kontraktın imzalanması baş məşqçi postuna gətiriləcək şəxsdən asılıdır.
Samir Abasovun yerinə keçəcək mütəxəssis razılıq verərsə, «sambaçılar»la anlaşma müddəti daha 1 il uzadılacaq.
SPORTİNFO.AZ

