"Neftçi"də son gün – Yeni baş məşqçinin kimliyi bilindimi?

14 İyun 2022 10:40 Neftçi 2 693
"Neftçi"də son gün – Yeni baş məşqçinin kimliyi bilindimi?

Bu gün «Neftçi»nin Müşahidə Şurasının iclası keçiriləcək.

Yeni baş məşqçinin kimliyinə önümüzəki saatlarda aydınlıq gəlməlidir. Böyük ölçüdə elə belə də olacaq.

Ancaq yekun qərarın verilmə tarixinin növbəti dəfə ertələnməsi də istisna edilmir. Hər halda son vəziyyət bir az qarışıqdır.

Daha doğrusu, qeyri-müəyyənlik davam etməkdədir. Samir Abasovla müqavilənin müddətini uzatmayan bakılılar danışıqlar apardığı əcnəbilərin heç biri ilə bu saata kimi tam razılığa gələ bilməyib.

Belaruslu Viktor Qonçarenko və ukraynalı Yuri Vernidubla bağlı yaranmış vəziyyət ayrı-ayrı səbəblər üzündən fərqli məcraya yönəlib.

Qonçarenkonun maliyyə ilə əlaqəli suallar üzündən «ağ-qaralar»ın başına gəlmək ehtimalı çox zəifdirsə, Rusiya ilə müharibədə əlinə silah almış Vernidubun Ukrayna ərazisini tərk eləməsi çətin görünür.

Üçüncü variant kimi adı namizədlər siyahısında yer almış Roman Qriqorçukun gəlişinin əleyhinə çıxanlar var klubda.

Redaksiyamıza daxil olan son məlumata görə, rəsmilər hazırda başqa bir xarici məşqçi ilə də danışıqlar aparır. Onun kimliyi gizli saxlanılsa da, bildirilib ki, tərəflər anlaşmağa yaxındır.

İşdir-şayəd, bu da alınmasa, komandanın müvəqqəti olaraq yerli mütəxəssislərdən birinə həvalə edilməsi nəzərdə tutulur.

Sənan Qurbanov, Aftandil Hacıyev, Tərlan Əhmədov – onların da namizədliyini təklif edənlər var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!