"Neftçi"də Müşahidə Şurasının son iclasında Samir Abasovla yolların ayrılmasına qərar verildi. Ardıncı onun bütün köməkçiləri də yola salındı.
Amma "ağ qaralar"dan ayrılan məşqçilərin sayı artmaqda davam edir. Bu dəfə U-10 komandasını çalışdıran Azər Cabbarova "yaxşı yol" deyilib. Səbəb isə gənc mütəxəssisin "Neftçi" ilə bərabər başqa yerdə də çalışmasıdır. Əslində tərəflər arasında müqavilə imzalananda iki yerdə işləməklə bağlı razılıq olub.
Amma indi rəhbərlik Cabbarovun qarşısında yalnız "Neftçi"də işləmək şərti qoyub. O, indiki maaşla bunu mümkünsüz hesab edib və ayrılmağa qərar verib.
Azər Cabbarov ölkəmizdə ən bacarıqlı uşaq məşqçilərindən biri kimi ad çıxarıb. Onun çalışdırdığı "Neftçi"nin 10 yaşlılardan ibarət komandası uzun müddətdir məğlubiyyət tanımır və komanda Respublika Birinciliyin yarımfinalına yüksəlib. Mütəxəssis yarış başa çatandan sonra komanda ilə ayrılacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

