“Mən bazaya gedib-gəlmirəm. Ancaq Müşahidə Şurasının iclaslarında orada oluram”.
“Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov Sportinfo.az-a açıqlamasında əsas komandada baş verən məşqçi dəyişikliyindən danışıb.
İyunun 8-də klubun bazasında baş tutan iclasda Samir Abasovla yeni müqavilənin imzalanmaması qərara alındı. Yeni baş məşqçinin adının açıqlanması isə iyunun 14-nə təyin olundu.
Qeyri-rəsmi xəbərlərə görə, hazırda 2 əcnəbi məşqçi – Yuri Vernidub və Viktor Qonçarenko ilə danışıq aparılır. Lakin bəzi mənbələr komandanın növbəti dəfə yerli məşqçiyə həvalə olunacağını iddia edir.
Səməd bəy yeni baş məşqçinin kimliyi mövzusunda suala cavab verməkdə çətinlik çəkib:
“Vallah, məndə bu haqda məlumat yoxdur. Ayın 14-nə deyiblər. Bu məsələ ilə klub rəhbərliyi məşğul olur.
Rəhbərlik baş məşqçi məsələsini həll edəndən sonra bu barədə Müşahidə Şurasına məlumat verəcək.
Bildiyimə görə, baş məşqçinin özü də həmin vaxt orada olacaq. Hələ ki, bildiyim budur. Amma konkret kimin olacağından xəbərsizəm”.
HƏBİB

