"Müşahidə Şurası "Neftçi"yə yaxşılıq etmək istəyirsə…"

12 İyun 2022 20:00 Neftçi 1 658
"Müşahidə Şurası "Neftçi"yə yaxşılıq etmək istəyirsə…"

"Samir Abasovun "Neftçi"dən göndərilməsi mənim üçün gözlənilməz olmadı".

Bu sözləri "Sportinfo TV"yə açıqlamasında "Neftçi"nin sabiq müdafiəçisi Mahir Şükürov deyib.

O, paytaxt klubunun adıçəkilən baş məşqçi ilə müqavilənin müddətini uzatmamasını doğru qərar hesab etmədiyini bildirib:

"Samirə daha bir şans vermək olardı. Ən azından, avrokuboklarda. Çünki keçən il komandanı ölkə çempionu etmişdi, bu il isə ikinci yeri tutmuşdu.

Açığı, mövsümün gedişində onun verdiyi açıqlamalarından hiss etmək mümkün idi ki, "Neftçi"də çox qalmayacaq.

"Neftçi"nin bu mövsüm əldə etdiyi nəticələr uğursuz sayılıbsa. Burada baş məşqçi ilə yanaşı, Müşahidə Şurası da günahkardır.

Şura kluba yaxşılıq etmək istəyirsə, Kamran Quliyevi də istefaya göndərməlidir. Bu, onların ən doğru və ədalətli qərarı olardı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!