Mahmud Qurbanovun “Səbail”ə baş məşqçi təyin olunmasından sonra “Neftçi-2” Rəşad Abdullayevə tapşırıldı.
Xeyli vaxtdır “ağ-qaralar”ın U-19 komandasına rəhbərlik edən 40 yaşlı mütəxəssis bundan sonra əvəzedici komandanın nəticələrinə cavabdehlik daşıyacaq.
Müşahidə Şurasının Abdullayevi bu posta layiq görməsindən sonra baş məşqçi köməkçi seçimini edib.
“Neftçi-2”də Rəşad bəyə U-19-da birgə çalışdığı Anar Vəliyev kömək edəcək. Qapıçılarla işləyən məşqçinin isə Kamil Qafarovun olacağı gözlənilirdi, o, son anda “Turan Tovuz“a üstünlük verib.
SPORTİNFO.AZ

